2014-cü il Dünya çempionatının seçmə mərhələsi öncəsi yoxlama oyunları keçiriən Türkiyə milli komandası bu axşam Finlandiya yığması ilə qarşılaşacaq.
Korner.az-ın məlumatına görə, bu görüş "ay-ulduzlular"ın qapıçısı üçün xüsusi əhəmiyyət daşıyacaq. Belə ki, veteran qapıçı Rüştü Rəcbər Finlandiya ilə matçda yubiley oyununa çıxacaq. 119 dəfə Türkiyə millisinin qapısını qoruyan Rəcbər bu sahədə rekord qırıb. 39 yaşlı qapıçı "fillər"lə görüşdən sonra milli formaya vəda edəcək.
Qeyd edək ki, Finlandiya – Türkiyə oyunu Bakı vaxtı ilə 23:00 – da başlayacaq.