Rüstəm Orucov karyerasını bitirdi
08.08.2023 , 13:56

Azərbaycanın tanınmış cüdoçusu Rüstəm Orucov idmançı karyerasını başa vurub.
Korner.az xəbər verir ki, o, bununla bağlı sosial media hesabında paylaşım edib:
“Unudulmaz illər idi və mən cüdonu seçdiyim, böyük arenalarda bayrağımızı dalğalandırmaq şərəfinə nail olduğum üçün çox xoşbəxtəm!
Ancaq hər səyahətin bir sonu da olur.
Avqustun 8-i Olimpiya medalı qazandığım gündür və məhz bu gün böyük idmanla vidalaşıram.
Bu illər ərzində mənə dəstək olan hamıya ürəkdən təşəkkürümü bildirirəm!
Nə yaxşı ki, varsınız!
İndi isə həyatımda yeni səhifə açmaq vaxtıdır”.
