Avropa Liqasının 1/16 final mərhələsinin cavab oyunları keçirilib. Azərbaycan millisinin müdafiəçisi Ruslan Abışovun şərəfini qoruduğu “Rubin” də bu gün doğma azarkeşləri qarşısında “Betis”lə üz-üzə gəlib.
Korner.az-ın məlumatına görə, ilk oyuunda rəqibi ilə 1:1 bərabərə qalan Rusiya təmsilçisi cavab oyununda 0:2 hesabı ilə məğlub olaraq Avropa Liqası ilə vidalaşıb.
Ruslan 75-ci dəqiqədə Yann M’Vilanın əvəzinə meydana çıxıb və sona qədər mübarizə aparıb.
