"Neftçi"nin kapitanı Ruslan Abışov gələn mövsümdən etibarən "Antalyaspor"da çıxış edə bilər.
Korner.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Ruslanın oyununu izləmək üçün 2 dəfə Bakıya təşrif buyuran "Antalyaspor" rəhbərliyi millimizin üzvünün oyunundan razı qalıblar.
Abışovun yayda Antalyaya yollanacağı və yeni klubu ilə müqavilə bağlayacağı bildirilir.