Rüfətin komandasından heç-heçə
21.08.2022 , 15:09
Almaniyanın Qərb Regional Liqasında V turun oyunları keçirilir.
Korner.az xəbər verir ki, azərbaycanlı futbolçu Rüfət Dadaşovun çıxış etdiyi “Şalke”nin ikinci komandası səfərdə Köln “Fortuna”sı ilə qarşılaşıb. Matç qolsuz bərabərliklə başa çatıb.
Rüfət bu görüşdə iştirak edib. O, start heyətdə meydana çıxıb və sonadək oynayıb. Hücumçu 80-ci dəqiqədə sarı vərəqə alıb.
“Şalke”nin ikinci komandası 7 xalla 18 komanda arasında 10-cu sıradadır.