“Levante” “Rubin”nin hücumçusu Obafeminin alışı ilə bağılı danışıqları davam etdirir. Korner.az– ın məlumatına görə, “qurbağalar” nigeriyalı oyunçunu pulsuz əldə edə bilərlər. Tərəflər futbolçunun azad agent kimi keçidini reallaşdırmaq istəyirlər. Hal-hazırda Martinsin müqaviləsinin ləğv olunması ilə bağlı məsələ həll olunur. Əvvəlcədən futbolçu İspan klubuna keçidi ilə bağlı razılıq vermişdi. Avqustun ortalarından bəri artıq o məşqlərdə də iştirak etmir.
Qeyd edək ki, ötən mövsüm 8 oyunda çıxış edən Martins cəmi bir dəfə fərqlənib.
