Roys üçün əlamətdar oyun
27.02.2024 , 22:59

“Borussiya” Bundesliqanın 23-cü turu çərçivəsində “Hoffenhaym”a məğlub olub (2:3).
Korner.az xəbər verir ki, matç”Borussiya”nın futbolçusu Marko Roys üçün əlamətdar olub.
Belə ki, ulduz oyunçu görüşdə iki məhsuldar ötürmə ilə yadda qalıb.
Bununla da o, qol ötürmələrinin sayını 92-yə çatdıraraq “Bavariya”nın futbolçusu Frank Riberiyə çatıb.
