İspaniya La Liqasının 31-ci turunda keçirilən "Real" – "Malaqa" matçı meydan sahiblərinin futbolçusu Kriştiano Ronaldo üçün əlamətdar olub.
Korner.az-ın məlumatına görə, portuqaliyalı hücumçu matçın 90+2-ci dəqiqəsində qol vuraraq tarixi rekorda imza atıb.
O, cari mövsümdə bütün turnirlərdə vurduğu qol sayını 50-ə çatıdırb.
Bununla da Ronaldo İspaniya futbolu tarixində ardıcıl 5 mövsüm 50 və daha çox qol vuran ilk futbolçu adını qazanıb.
