İspaniya La Liqasında Bilbao "Atletik"ini məğlub etməklə çempion olan Madridin "Real" klubunun bu zəfərindən danışıldığı bir vaxtda, "kral" klubunun ulduz futbolçusu Kristiano Ronaldo etdiyi hərəkətlə bütün diqqəti öz üzərinə çəkib. Korner.az-ın məlumatına görə, portuqaliyalı futbolçu oyunun gedişində qol imkanlarının birindən yararlana bilməyincə yerli fanatların gülüncünə tuş gəlib. Ronaldo isə üzünü tribunalar tutaraq barmaqları ilə ədəbsiz jest edib.