Kriştiano Ronaldonun muzeyi açılacaq.
Korner.az-ın məlumatına görə, bu barədə Marca qəzeti məlumat yayıb. Məlumatda bildirilir ki, dekabr ayında açılışı planlaşdırılan muzey Portuqaliyanın muxtar vilayəti olan Madeyrada olacaq.
Açılışın dəqiq tarixi haqqında məlumat verilməsə də, onun Portuqaliya yığmasının və “Real”ın oyunçusunun doğma şəhəri olan Funşaledə açılacağı dəqiq məlumdur. Ronaldonun şəxsən açılış mərasiminə qatılacağı gözlənilr. Mərasimin vaxtı isə futbolçunun qrafikindən asılıdır.
