“Neftçi” AFFA-nın Apellyasiya və Ekspert Komitəsinə müraciət edib.
Korner.az-ın məlumatına görə, “ağ-qaralar” İntizam Komitəsinin qərarına etiraz edib.
Belə ki, “Neftçi” Flavinyonun cəzasının dəyişdirilməsini istəyib. İntizam Komitəsi “İnter”lə oyunun 63-cü dəqiqəsində aqressiv oyuna görə birbaşa qırmızı vərəqə alan braziliyalı futbolçu 2 oyunluq cəzalandırılıb. Apellyasiya və Ekspert Komitəsi cəzanı bir oyuna endirə bilər. Belə olan halda Flavinyo “Sumqayıt”la oyunu buraxacaq, “Qarabağ” matçında isə meydanda olmayacaq.
Qeyd edək ki, “Neftçi” “Sumqayıt”la oyunda daha iki futbolçusundan yararlana bilməyəcək. Mahir Şükürov sarı vərəqə limitinə, Denis Silva isə İntizam Komitəsi tərəfindən 3 oyunluq cəzalandırıldığına görə matçı buraxacaq.
