“Roma”dan yeni transfer
11.06.2023 , 21:33

“Roma” heyətini yeni futbolçu ilə gücləndirib.
Korner.az xəbər verir ki, A Seriyası təmsilçisi Fransanın “Olimpik” (Lion) klubunun yarımmüdafiəçisi Hussem Auarı heyətinə qatıb.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 24 yaşlı futbolçu yeni klubuna azad agent kimi qoşulub. Əlcəzair və Fransa vətəndaşlığına malik yarımmüdafiəçi ilə 5 illik müqavilə imzalanıb.
