Azərbaycan cüdoçuları ilk dəfə 12-13 iyunda Sloveniyanın Podçetrtek şəhərində keçiriləcək böyüklər arasında Avropa Kata çempionatında iştirak edəcək.

Korner.az xəbər verir ki, 21 ölkədən 300-ə yaxın idmançının iştirak edəcəyi yarışda Azərbaycan 6 idmançı ilə təmsil olunacaq.

Cüdoçularımız “Nage-no-Kata” və “Katame-no-Kata” üzrə fəndləri nümayiş etdirəcək.

Cüdoçularımız yarışa hazırlaşmaq üçün Türkiyənin Ankara şəhərində və Xorvatiyanın Riyeka şəhərlərində təşkil olunan təlim-məşq toplanışlarında iştirak ediblər.

Kata çempionatının ilkin yarışları 12 iyunda başlayacaq, finallar isə 13 iyunda keçiriləcək. 14 iyunda Podçetrtek şəhərində Kodokan seminarı baş tutacaq.

Nage-no-Kata
Malik Alahverdiyev – tori (hücum edən idmançı)
Samir İsmayılov – uke (hücum edilən idmançı)
İsmayıl Rzayev – tori
İbrahim Aslanov – uke

Katame-no-Kata
Rafiq Nəcəfov – tori
Əmrah Əhmədov – uke