“Roma” daha bir türk futbolçu ilə gücələnə bilər. Söhbət Dortmundun “Borussiya” klubunda çıxış edən Emre Mordan gedir.
“Borussiya”da işləri qaydasında getməyən futbolçunun “canavarlar”a keçidi yaxın günlərdə rəsmiləşə bilər.
Bu barədə məlumatı paytaxt təmsilçisinin idman direktoru Monçi verib. O, 20 yaşlı futbolçu ilə danışıqların davam etdiyini açıqlayıb. Monçi Emrenin “Roma”ya keçmə ehtimalının böyük olduğunu vurğulayıb.