Yeni mövsüm üçün iddialı heyət formalaşdırmağa çalışan "Roma" yeni futbolçunun keçidini rəsmiləşdirib.
Korner.az-ın məlumatına görə, bu Braziliyanın "Korintinas" komandasında azad agent statusu alan Dododur. "Canavarlar" sol cinah müdafiəçisi ilə 5 illik müqavilə imzalayıb.
Qeyd edək ki, bir müddət əvvəl paytaxt təmsilçisi "Fuliminense"dən Marquinonu sıralarına qatmışdı.