Rocer Roxas rəsmən “Sabah”da
20.08.2019 , 18:59
![](https://korner.az/wp-content/uploads/2019/08/69133413_2147112932253679_7566331056572334080_o.jpg)
“Sabah” heyətini yeni futbolçu ilə gücləndirib.
Korner.az klubun saytına istinadən xəbər verir ki, paytaxt təmsilçisi 29 yaşlı hücumçu Rocer Roxas ilə 1 illik müqavilə bağlayıb.
Honduraslı futbolçu karyerası ərzində ölkəsinin “Olimpiya” (2008-14, 2015/16), Səudiyyə Ərəbistanının “Əl-İttifaq” (2014), Meksikanın “Nekaksa” (2014/15) və “Simarrones” (2016/17) klublarında çıxış edib. Onun son komandası Kosta-Rikanın “Alaxuelense” klubu olub.
Roxas Honduras millisində 32 oyun keçirib, 3 qol vurub.
![](https://korner.az/wp-content/uploads/2018/06/korner-logo.png)