İtaliya klublarından "İnter"i çalışdıran Roberto Mançininin son açıqlaması ölkədə ciddi mübahisələrə yol açıb.
Korner.az saytının İtaliya mətbuatına istinadən verdiyi xəbərə görə məşhur çalışdırıcı öz ölkəsinin milli komandasında ancaq yerli futbolçuların oynamalı olduğunu bildirib: " Bir italyan futbolçunun milli komandamızda çıxış etməyə italyan olmayan bir futbolçudan daha çox haqqı çatır. Biz millimizin mənşəyini qorumalıyıq. Əks halda, İtaliya futboluna böyük zərər gələcək".
Qeyd edək ki, "Qalatasaray"ın sabiq baş məşqçisinin bu açıqlamaları başda İtaliya milli komandasının çalışdırıcısı Antonio Konte olmaqla bir çox şəxs tərəfindən narazılıqla qarşılanıb.