Hollandiya millisinin və “Bavariya”nın futbolçusu Aryen Robben zədələnib.
Korner.az-ın məlumatına görə, Almaniya bundesliqasında “Borussiya”ya (Münhenqladbax) qarşı matçda rəqib futbolçu ilə toqquşan təcrübəli oyunçu bir neçə həftə yaşıl meydanlardan uzaq qalacaq.
Robben “Avro-2016″nın seçmə mərhələsində Türkiyə millisinə qarşı oynamayacaq.
Qeyd edək ki, Hollandiya – Türkiyə qarşılaşması martın 28-i keçiriləcək.
