Sentyabrın 22-də start götürəcək FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-yə artıq son hazırlıq işləri aparılır. Koner.az- ın AFFA-nın rəsmi saytına istinadəın məlumatına görə, ömumilikdə 32 qarşılaşmanın keçiriləcəyi çempionatın oyun cədvəlində kiçik dəyişiklik edilib. Oktyabrın 5-də, saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçirilməsi nəzərdə tutulmuş 1/4 final oyunu (çempionatın 27-ci oyunu) eyni tarix və saat saxlanılmaqla 8-ci KM stadionunda baş tutacaq. Oyun günü iştirakı gözlənilən dünya şöhrətli pop ulduz Rihannanın stadionda çıxışı da təxirə salınıb. Rihannanın oktyabrın 6-da “Crystall Hall”da keçiriləcək konsert proqramı isə qüvvədə qalır.
Qeyd olunmuş oyunun biletlərini artıq əldə etmiş bütün azarkeşlərin diqqətinə çatdırırıq ki, bu biletləri AFFA-nın inzibati binasında təhvil verib, ödənilmiş məbləği geri ala bilərlər. Qeyd edək ki, 8-ci KM stadionunda keçiriləcək 1/4 final oyununun biletlərini də elə həmin satış nöqtəsindən əldə etmək mümkündür.
