Reynaldo “Qarabağ”dan ayrılır
12.04.2019 , 15:52

Qış fasiləsində Qazaxıstanın “Aktobe” klubu ilə müqaviləsini uzatmayan və “Qarabağ”a qayıdan Reynaldo Silva Ağdam klubunda yerini möhkəmlədə bilmədi.
29 yaşlı hücumçu ilə mövsümün sonunda başa çatacaq müqavilə uzadılmayacaq.
Braziliyalı futbolçu yenidən Qazaxıstana qayıda bilər. Reynaldonun xidmətində sabiq klubu “Aktobe” maraqlıdır. Premyer Liqa təmsilçisi mövsümün sonunda azad agent statusuna yiyələnəcək futbolçuya müqavilə təklif edəcək.
Qeyd edək ki, Reynaldo bu mövsüm “Qarabağ”da 4 oyuna (132 dəqiqə) 1 qol vurub.
