Avropa Liqasının qrup mərhələsində sabah evdə “Anderlext”lə qarşılaşacaq “Qarabağ”ın hücumçusu Reynaldo oyunöncəsi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
Korner.az-ın məlumatına görə, “Qarabağ”a “Anderlext”dən keçən “sambaçı” bunları deyib:
– Sabah bizi olduqca çətin oyun gözləyir. “Anderlext” həm müdafiədə, həm də hücumda yaxşı oyun sərrgiləyir. Bu komandanın çox güclü oyunçuları var. Ancaq biz meydada əlimizdən gələni edəcəyik ki, yaxşı nəticə qazanaq.
– “Anderlext” sizin sabiq klubunuzdu. Hansısa prinsipiallıq var?
– Başqa rəqiblərə qarşı necə oynayıramsa, elə də oynayacam. Heç bir prinsipialılıqdan söhbət gedə bilməz.
– Rəqibin qapıçısı sizin haqqınızda xoş sözlər deyib…
– Ona və digər sabiq komanda yoldaşlarıma təşəkkür edirəm. Ancaq dostluq meydandan kənardadı. Meydanda isə biz rəqib olacağıq.
– Rəqib komandanın müdafiəçilərini öyrənə bilmisiz?
– Əlbəttə, mən onlarla bir komandada oynamışam.
komanda.az