Reşfordu istəyən bu məbləği ödəməlidir
30.04.2024 , 22:02

“Mançester Yunayted” futbolçusu Markus Reşforda qiymət qoyub.
Korner.az xəbər verir ki, İngiltərə klubu 26 yaşlı hücumçu üçün 70 milyon avro tələb edir.
Futbolçunu hər hansısa klub istəsə, bu məbləği ödəməli olacaq.
“Mançester Yunayted” Reşford üçün qiymət təyin etsə də, onu komandadan göndərmək istəmir.
