"Meydanda azlıqda qalmaq yaxşı deyil. Belə vəziyyətdə oynamaq həmişə çətindir”. Korner.az-ın məlumatına görə, bu sözləri "Xəzər Lənkəran"ın futbolçusu Rendel Brenes deyib. Kosta-Rikalı futbolçu millisinin heyətində Qvatemalaya qarşı meydana çıxdığı və qol vurduğu qarşılaşmadan sonra jurnalistlərə açıqlama verib:
“Elə Qvatemala milli komandası ilə qarşılaşmada da belə oldu. Çünki hələ ilk yarının sonlarında azlıqda qaldıq. Fasilədən sonra 10 nəfərlə oynadığımızdan geri çəkilib hesabı qorumaq haqda düşündük”.
