Renatın komandasından heç-heçə
06.05.2024 , 10:29

Türkiyə Super Liqasında 35-ci turun oyunları keçirilir.
Korner.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun çıxış etdiyi “Hatayspor” səfərdə “Qaziantep”lə heç-heçə edib – 1:1.
Qarşılaşmanı ehtiyat oyunçular skamyasından izləyən Renat bu matçda iştirak etməyib.
35 turdan sonra 34 xal toplayan “Hatayspor” turnir cədvəlinin 16-ci pillədədir.
