“Real”ın zədəlisi məşqlərə qayıdır
06.04.2024 , 20:34

“Real”ın zədəli qapıçısı Tibo Kurtua məşqlərə qayıdır.
Korner.az xəbər verir ki, bu barədə futbolçu özü açıqlama verib.
Ötən ay sıradan çıxan və əməliyyat olunan 31 yaşlı qolkiper ayın sonunda komanda ilə məşqlərə qoşulacağını bildirib.
Futbolçunun klubla hazırkı müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub.
