“Real”ın sabiq üzvü İspaniyaya dönür
29.05.2024 , 14:17
İspaniyanın “Selta” klubu “Real”ın sabiq üzvü Xames Rodriqeslə maraqlanır.
Korner.az-ın məlumatına görə, “San Paulo”nun hücumçusu La Liqa klubundan təklif alıb.
İspaniya təmsilçisi yaxın günlərdə kolumbiyalı ulduz futbolçuya rəsmi təklif ünvanlayacaq.
Qeyd edək ki, Rodriqes 2014-2020-ci illərdə “Real”da çıxış edib.
![](https://korner.az/wp-content/uploads/2018/06/korner-logo.png)