“Real”ın oyunçusu 3 ay oynamayacaq
07.06.2024 , 12:42

“Real”ın gənc ulduzu Cud Bellinqem 3 ay meydanlardan kənar qala bilər.
Korner.az xəbər verir ki, çiynindən xəsarət alan oyununçunun əməliyyat olunacağı bildirilir.
Bellinqemin bu səbəbdən üç ay bərpa prosesi keçməsi gözlənilir.
Hazırda İngiltərə millisinin düşərgəsində AÇ-2024-ə hazırlaşan Cudun konservativ müalicə aldığı bildirilib.
