Madrid "Real"ının portuqaliyalı futbolçusu Fabiu Konetrau özünə bahalı avtomobil alıb. Korner.az-ın məlumatına görə, cinah müdafiəçisi “Ferrari”sinin qiyməti 1,35 milyon dollardır. "Kral" klubunun futbolçusu yeni avtomobili ilə ilk dəfə Portu şəhərində görünüb.
Qeyd edək ki, Madrid klubunun futbolçuları “Ferrari” həvəskarıdır. Belə ki, bir müddət öncə Məsut Özil də yarım milyon dollara “Ferrari 458”ə sahib çıxıb.
