“Real”da 2-3 həftəlik itki
23.02.2024 , 22:17

“Real” ciddi itki ilə üzləşib.
Korner.az xəbər verir ki, klu. rəsmi saytı vasitəsilə ulduz futbolçusu Xoselunun zədələndiyini açıqlayıb.
Məlumatda, oyunçunun onun sağ topuq nahiyəsində zədənin aşkarlandığı və müalicəsinə başlanıldığı qeyd olunub.
Joselunun 2-3 həftə meydanlardan uzaq qalacağı gözlənilir.
Cari mövsümdə “Real Madrid”in heyətində 35 rəsmi oyuna çıxan Xoselu bu matçlarda 13 qol vurub, 4 məhsuldar ötürmə edib.
