“Real” ukraynalı qolkiperlə bağlı qərar verdi
01.05.2024 , 23:58

“Real” Andriy Lunin ilə bağlı qərarını verib.
Korner.az xəbər verir ki, Madrid klubu 25 yaşlı ukraynalı qolkiperlə müqaviləni uzadacaq.
Bu barədə “The Athletic” məlumat yayıb.
Xəbərdə, İspaniya nəhənginin Luninin sözləşməsini 2028-ci ilə qədər uzadacağı və maaşının artıralacağı diqqətə çatdırılıb.
Cari mövsümdə “Real Madrid”in heyətində 29 rəsmi oyuna çıxan Andriy Lunin bu matçlarda 27 qol buraxıb və 12 matçda qapısını təmiz saxlayıb.
