Madrid "Real"ının rəsmi fəaliyyət göstərən "realmadrid.com" saytı inanılmaz səhvə yol verib.
Korner.az-ın məlumatına görə, veb saytda ön səhifədə "Tottenhem"in şərəfini qoruyan Luka Modriçin transfer edilməsi ilə bağlı xəbər yayılıb.
Lakin "kral" klubundan verilən açıqlamada bu işin hacker tərəfindən edildiyi bildirilir.
Qeyd edək ki, Madrid təmsilçisi Kakanın transferi vaxtı da belə yalan məlumat yaymış, lakin 2 gün sonra braziliyalı futbolçu ispanlarla həqiqi müqavilə bağlamışdı.
