“Real” onun üçün 100 milyon avrosundan keçəcək
06.05.2023 , 12:47

“Real” “Borussiya”nın fitbolçusu Cude Bellinqhemi transfer etmə yaxındır.
Korner.az xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb.
Yarımmüdafiəçi ilə 6 illik müqavilə imzalanacağı gözlənilir.
Dortmund təmsilçisi futbolçu üçün 150 milyon avro istəsə də, Madrid klubu 100 milyon avro ilə transferi tamamlamaq istəyir.
Bellinqhem bu mövsüm “Borussiya”da 40 oyunda 11 qol vurub və 7 məhsuldar ötürmə edib.
