“Real” Modriçlə davam edəcək
06.06.2024 , 12:47

14 ildir “Real Madrid”də çıxış edən Luka Modriç növbəti mövsümdə də komandada qalacaq.
Korner.az xəbər verir ki, bu barədə Fabrizio Romano məlumat yayıb.
Onun xəbərinə görə, İspaniya nəhəngi 38 yaşlı xorvatiyalı yarımmüdafiəçi ilə 1 illik yeni müqavilə imzalayıb.
2012-ci ildə “Tottenhem”dən komandaya qoşulan Modriç Madrid klubunda 26 kubok qazanıb.
