“Real” futbolçusu ilə müqavilə yeniləyir
01.11.2023 , 14:30

“Real” futbolçusu Rodriqo ilə müqaviləni uzatmağa hazırlaşır.
Korner.az xəbər verir ki, bu barədə jurnalist Fabrizio Romano məlumat yayıb.
Madrid təmsilçisi 22 yaşlı cinah hücumçusu ilə razılaşıb. Rodriqo ilə yeni sözləşmənin müddəti 2028-ci ilə qədər olacaq.
