"Real"ın (Madrid) heyətində forma geyinmək şansı tapa bilməyən Esteban Qranero İngiltərə Premyer Liqasında çıxış edəcək.
Korner.az– ın məlumatına görə, İspaniya mətbuatında artıq Qraneronun "Kvin Park Reyncers" ilə 5 illik müqavilə imzaladığı bildirilir. Transfer qiyməti haqqında hələki heç bir məlumat yoxdur. Qranero, Dani Parejodan sonra İngiltərəyə gedən ikinci "Real"lı oldu.
Qeyd edək ki, Madriddə yetişən Esteban Qranero, Hamit Altıntop, Nurı Şahin, Joselu, Kanales, Qaqo və Rikardo Karvalyodan sonra komandaya vida edən bir başqa ad oldu.
