“Real” “Barselona”ya qalib gəldi
22.04.2024 , 09:05

İspaniya La Liqasında “El-Klassiko” oynanılıb.
Korner.az xəbər verir ki, “Real” 32-ci turda “Santyaqo Bernabeu” stadionunda “Barselona” ilə qarşılaşıb.
Bu dueldə Madrid təmsilçisi 3:2 hesabı ilə qalib gəlib.
La Liqa, 32-ci tur
23:00. “Real” – “Barselona” – 3:2
Qollar: Kristensen, 6 (0:1) Vinisius Junior,18-pen. (1:1), Lopez, 69 (1:2), Vaskes, 73 (2:2), Bellinqem, 90+1 (3:2)
