“Real” Almaniya səfərində
13.02.2024 , 10:34

Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk oyunlarına start veriləcək.
Korner.az xəbər verir ki, birinci matç günündə iki qarşılaşma baş tutacaq.
“Mançester Siti” Danimarkada “Kopenhagen”in qonağı olacaq. Digər görüşdə isə “Leypsiq” azarkeşləri önündə Madrid “Real”ını qəbul edəcək.
Çempionlar Liqası
1/8 final mərhələsi, ilk oyunlar
13 fevral
00:00 Kopenhagen (Danimarka) – Mançester Siti (İngiltərə)
00:00 Leypsiq (Almaniya) – Real (İspaniya)
14 fevral
00:00 PSJ (Fransa) – Real Sosyedad (İspaniya)
00:00 Latsio (İtaliya) – Bavariya (Almaniya)
