"Şalke"nin ispaniyalı hücumçusu Raul Qonzales komandadan gedəcəyini açıqlayıb. Korner.az-ın məlumatına görə, bu barədə klubun mətbuat xidməti xəbər yayıb.
Rəsmi açıqlamada bildirilib ki, Raulun özü motivləri, niyyəti və gələcək planları barədə geniş ictimaiyyəti məlumatlandıracaq.
Qeyd edək ki, Raul Qonsales “Şalke”yə İspaniyanın “Real Madrid” klubundan 2010-cu ilin yayında keçib. O, Almaniya komandasının heyətində 2 mövsüm ərzində Bundesliqada 63 oyuna 27 qol vurub. Raul 1998, 2000 və 2002-ci illərdə “Real Madrid”in heyətində Çempionlar Liqasını qazanıb. 35 yaşlı forvard bu turnirdə vurduğu 71 qolla bombardirdir.