Sponsorsuz qalan Premyer Liqaya yeni müştərinin adı artıq çəlum olur. PFL-in prezidenti Ramin Musayev Korner.az-a açıqlamasında bu məsələnin sentyabrın 18-də tam olaraq dəqiqləşəcəyini bildirib:
"Sentyabrın 18-dək bu məsələ həllini tapmalıdı. Yeni sponsorla bu müddətəcən anlaşmalıyıq. Bundan öncəki günlərdə ortaq məxrəcə gələ bilməməyimizin bir neçə səbəbləri var. Ancaq bu ayın 18-dək hər şey məlum olacaq".
Yeni sponsorun mərc oyunları operatoru "Topaz" olacağı gözlənilir.
