Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev növbəti mövsümdə Premyer Liqanın hansı formatda keçiriləcəyi haqda danışıb.
Korner.az-ın məlumatına görə, növbəti mövsümdə də 12 komanda çıxış edəcək.
"Birinci yeri tutan Çempionlar Liqasına, kubokun qalibi, ikinci və üçüncü yerin sahibi isə Avropa Liqasına gedəcək" – deyə o qeyd edib.
Bundan başqa PFL rəhbəri bildirib ki, birinci divizionun qalibi "Qaradağ-Lökbatan" lisenziya almasa, Premyer Liqaya buraxılmayacaq. "Lisenziya nə olan şeydir ki, onu almırlar. Bu klubun rəhbərliyi peşəkar addım atmır, futbolçuların zəhmətini yerə vurur. Bizim komandalar lisenziyasız oynasa, UEFA elə cərimələr tətbiq edər ki, onun altından çıxa bilmərik. " – deyə R.Musayev vurğulayıb.