Ramilin komandasında yeni baş məşqçi
20.02.2024 , 12:55

Azərbaycan millisinin futbolçusu Ramil Şeydayevin formasını geyindiyi “Kocaelispor”un yeni baş məşqçisi məlum olub.
Korner.az xəbər verir ki, komandanı bundan sonra Mustafa Gürsel çalışdıracaq.
Türkiyə mətbuatı yazır ki, təyinat yaxın zamanda rəsmiləşəcək.
O, bu postda dünən istefaya göndərilən Ertuğrul Sağlamı əvəzləyəcək.
