Ramildən debüt qolu
15.04.2024 , 10:51

Azərbaycan millisinin futbolçusu Ramil Şeydayevin formasını geyindiyi “Kocaelispor” Türkiyə I Liqasında “Giresunspor”u qəbul edib.
Korner.az xəbər verir ki, matç “Kocaelispor”un qələbəsiylə başa çatıb – 2:0.
Şeydayev də bu görüşdə iştirak edib. O, oyuna start heyətdə başlayıb. Ramil 8-ci dəqiqədə komandasının ilk qolunu da vurub.
Bu, həm də onun “Kocaelispor”da birinci qolu olub.
Şeydayev 16-cı dəqiqədə isə sarı vərəqə ilə cəzalanıb. Forvard 79-cu dəqiqədə əvəzlənib.
“Kocaelispor” 30 turdan sonra 52 xalla 4-cü sıradadır.
