Sabah Avropa Liqasının pley-off mərhələsi çərçivəsində Kipr APOEL-i ilə qarşılaşacaq “Neftçi”nin oyunöncəsi mətbuat konfransında jurnalistlərin suallarını cavablandıran baş məşqçi Böyükağa Hacıyev komandadan kənarda olduğu müddətdə baş verən dəyişikliklərə münasibət bildirib.
Korner.az-ın xəbərinə görə, Hacıyev bunları deyib: “Siz komandada olmayanda 3 oyunçu transferə çıxarıldı. Bunun komandaya təsiri oldumu?” sualına baş məşqçinin cavabı belə olub: “Komandada əsas olan təlim-tərbiyədi. İntizam varsa, nəticə də olacaq. Rail getdi, Mahir gəldi – nə dəyişiklik olmalıdı? Amma Mitreskini özüm xahiş edib qaytartdım. Çünki bu gün Azərbaycanda onun kimi səviyyəli legioner mərkəz müdafiəçi yoxdu”.
