Rahilin komandasından səfər məğlubiyyəti
29.02.2024 , 08:58

Azərbaycan millisinin futbolçusu Rahil Məmmədovun çıxış etdiyi “LKS Lodz” Polşa çempionatında növbəti oyuna çıxıb.
Korner.az xəbər verir ki, komanda səfərdə “Stal Mieleç” ilə qarşılaşıb və məğlub olub – 0:1.
Rahil də bu görüşdə iştirak edib. O, bu oyunda start heyətdə meydana çıxıb və sona qədər oynayıb.
“LKS Lodz” 22 turdan sonra 10 xalla turnir cədvəlində sonuncu sıradadır.
