Rahilin komandasından heç-heçə
18.03.2024 , 10:24

Polşa Ekstraklasasında XXV turun oyunları keçirilib.
Korner.az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Rahil Məmmədovun formasını geyindiyi “LKS Lodz” bu turda “Rakuv”la qarşılaşıb və bərabərə qalıb – 1:1.
Rahil də bu görüşdə iştirak edib. O, matçda start heyətdə meydana çıxıb və sona qədər oynayıb.
“LKS Lods” çempionatda 17 xalla 18-ci sıradadır.
