Rafiq Hüseynov Paris-2024-ə vəsiqə qazandı
09.05.2024 , 20:56

Azərbaycanın yunan-Roma güləşçisi Murad Məmmədov (60 kq) Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.
Korner.az xəbər verir ki, o, Türkiyənin İstanbul şəhərində keçirilən Dünya Olimpiya Təsnifat turnirində Aleksandrs Jurkansı (Latviya) 10:1, Kristofer Krameri (Almaniya) 10:1, Mixal Trakı (Polşa) isə 5:1 hesabı ilə məğlub edib.
Məmmədov yarımfinalda Razvan Arnaut (Rumıniya) üzərində 8:2 hesabı ilə qalib gələrək Olimpiya lisenziyasını qazanıb.
Azərbaycanın daha bir yunan-Roma güləşçisi Rafiq Hüseynov (87 kq) da Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb. 35 yaşlı idmançı təsnifatda İlias Paqkalidisə (Yunanıstan) 3:1, Kumar Sunilə (Hindistan) 4:3 və Aleks Kessidisə (İsveç) 2:1 hesabı ilə qalib gəlib. O, yarımfinalda Gürcüstanlı Laşa Qobadzeyə qalib gələrək Olimpiya lisenziyası qazanıb.
Beləliklə, Azərbaycan Olimpiadaya 22-ci lisenziyanı əldə edib.
