Premyer Liqanın V turu çərçivəsində keçirilmiş "İnter"-"Sumqayıt" oyunundan sonra baş məşçqçilərin fikirləri: .
Bernhard Raab, “Sumqayıt” klubunun baş məşqçisi: “Oyun boyu taktiki baxımdan yaxşı oynadıq. Rəqiblə bərabər səviyyədə oynadıq. Hücumda problemlərimiz varıydı. İlk beş dəqiqədə buraxdığımız qol oyunumuza təsir etdi. Heç-heçə oyunun ədalətli nəticəsi olardı”.
Kaxaber Sxadadze, “İnter” klubunun baş məşqçisi: “Erkən qol vurduqdan sonra da oyunda diqtə edən tərəf idik. “Sumqayıt” qısa ötürmələrə üstünlük verirdi. Əks hücumlarda əldə etdiyimiz qol imkanlarından istifadə edə bilmədik. Bunların üzərində işləyəcəyik. Qələbəyə layiq olduğumuzu düşünürəm”.
pfl.az
