Bu gün keçirilən AFFA İntizam Komitəsinin iclasında Premyer Liqada çıxış edən klubların əvəzedici heyətlərinin çempionatında baş verənlər də diqqətdən kənarda qalmayıb.
Korner.az-ın məlumatına görə, Azərbaycan Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin III turunun “Rəvan” – “Bakı” matçının 75-ci dəqiqəsində “Bakı” klubunun 14 nömrəli futbolçusu Azad Kərimov kobud oyuna görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 100 manat cərimə olunub.
Oyunun 20-ci dəqiqəsində “Bakı” klubunun 11 nömrəli futbolçusu Tural Qürbətovla “Rəvan” klubunun 21 nömrəli futbolçusu Orxan Orucov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldıqları üçün hər iki futbolçu 2 oyunluq cəzalanır, klublar 1000 manat cərimələnib.
Oyun başa çatdıqdan sonra “Rəvan” klubunun baş məşqçisi Elşad Quliyev hakimləri təhqir etdiyi üçün baş məşqçi 5 oyunluq cəzalanır, klub 2500 manat cəza tətbiq edilib.
