"Rəvan" bundan sonra öz rəqiblərini Bayıl qəsəbəsində yerləşən (20-ci sahə) stadionda qəbul edəcək. Bu barədə Korner.az-a klubun mətbuat xidmətinin rəhbəri Anar Mustafayev deyib. Klub rəsmisi bildirib ki, "Rəvan" bundan sonra bütün ev oyunlarını və məşqlərini bu arenada keçirəcək.
Mustafayev daha sonra komandanın 3 həftəlik məşq proqramına bu gün start verəcəyini də bildirib.
