İngiltərənin "Çelsi" klubu iki futbolçu ilə yollarını rəsmən ayırdı. Korner.az London təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, komanda ilə müqaviləsi bitən Salamun Kalu və Joze Bosinqva ilə yeni sözləşməyə ehtiyac görülməyib. Hər iki futbolçu ilə yollarını ayıran "zadəganlar" onlara təşəkkür etməyidə unutmayıb.
2006-cı ildən "Çelsi"də çıxış edən, 6 mövsümə 60 qol vuran Kalu İngiltərə kuboku, Premyer Liqa və Çempionlar Liqasının qalibi olub.
Portuqaliyalı Bosinqva isə 2008-dən bu yana "Çelsi"də çıxış edirdi. Sağ cinah müdafiəçisi London təmsilçisinin heyətində daha çox zədə ilə diqqət mərkəzinə düşüb.
